Close

Mask X-i süni intellekt şirkətinə satdı

Amerikalı biznesmen İlon Mask X-i süni intellekt şirkəti olan xAI-yə satdığını elan edib. 

TNS xəbər verir ki, satış 33 milyard dollara başa gəlib.

"xAI və X-in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə xAI-nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə X-in geniş əhatə dairəsinə çatması üçün böyük imkan açacaq”, - deyə Mask açıqlayıb.