Close

Şok iddia: Mərkəzi Bank gizli şəkildə saxta pul kəsib

Fransada qiymətli metallar üzrə ekspert Yannik Kolon maraqlı bir iddia ilə çıxış edib. 

TNS xəbər verir ki, ekspert Fransa Bankının (ölkənin Mərkəzi Bankı) 1961-1960-cı illərdə saxta pullar hazırladığını bildirib. Arxivdə araşdırma aparan mütəxəssis qeyd edib ki, iş tam məxfi şəkildə həyata keçirilib. Bu barədə hökumət qərarı olmayıb. Arxivdə yalnız bank sədrinin tam məxfi təlimatı saxlanılır.

Tədqiqatçının sözlərinə görə ki, İkinci Dünya müharibəsindən sonra boşalan xəzinəni doldurmaq üçün Fransa hökuməti 1907-1914-cü illərdə tədavüldə olmuş qızıl sikkələri yenidən qeyri-rəsmi şəkildə dövriyyəyə buraxıb. Həmin pullar isə 1926-cı ildə qanuni ödəniş vasitəsi hüququnu itiribmiş: "Mərkəzi Bank sözügedən sikkələrin surətlərini hazırlayaraq zərb etdirib. Bu zaman orijinal təsvir qorunsa da, əyar azaldılıb. Orijinal sikkənin əyarı 900 olduğu halda, yeni “saxta-doğru” sikkədə əyar 897,3-ə endirilib. 37,5 milyon ədəd qızıl sikkə zərb edən hökumət bu yolla 657 kiloqram qızıla qənaət edib, həm də satışlardan kifayət qədər vəsait qazanıb.

Bu gün də dövriyyədə olan sikkələr Fransanın maliyyə sistemi üçün ziddiyyət mənbəyinə çevrilib. Dövlət qurumları 5000 avroluq həddi keçməyənədək bu pulların satışına vergi tətbiq etmir. Halbuki orijinal Napoleon sikkələrinin satışına 11,5 faiz vergi tətbiq olunur".