Close

Zəlzələdə ölənlərin sayı 1644-ə çatdı - YENİLƏNİB

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.

TNS xəbər verir ki, bu barədə “Xinhua“ agentliyi Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

Məlumata görə, 3400-dən çox yaralı var, 139 nəfər itkin düşüb.

13:27

Myanmadakı zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib.

TNS xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı isə 2300 nəfərdən çoxdur.

08:27

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.

TNS xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, ölənlərin sayı 694 nəfərə çatıb.

Zəlzələ nəticəsində 1670 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, ötən gün Myanmada iki güclü zəlzələ baş verib.