Close

12:36
31 Mart 2025

Rusiya Erməniləri İttifaqının rəhbəri Ermənistan ərazisinə buraxılmır

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Ermənistan ərazisinə buraxılmır.

TNS-in xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, hazırda paytaxt İrəvanın "Zvartnots" havalimanında olan Ara Abramyana bu addımın səbəbləri barədə məlumat verilmir. O, 5 saatdır "Zvartnots” aeroportunda gözləyir.