Close

Ukrayna ordusu Kurskda enerji obyektini tamamilə məhv etdi - VİDEO

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki "Sudja" qazölçmə stansiyasına raket zərbəsi endirib.

TNS-in Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Martın 28-də saat 10:20-də Kiyev rejimi, ilkin məlumata görə, HIMARS yaylım atəşli reaktiv sistemindən istifadə etməklə "Sudja" qazölçən stansiyasına zərbə endirib. Nəticədə böyük yanğın baş verib və enerji obyekti faktiki olaraq məhv olub", - deyə məlumatda bildirilib.

Nazirlik həmçinin stansiyada yanğının görüntülərini dərc edib.