Ər-Riyad görüşü məhsuldar olmadı

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyad görüşü konstruktiv və sakit keçdi.
TNS xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
“Danışıqlar kifayət qədər konstruktiv, sakit keçdi, elə də məhsuldar olmadı. Amma elə ilk görüşdə hər hansı bir irəliləyiş gözləmək sadəlövhlük olardı”, - Karasin bildirib.
Qeyd edək ki, 23-25 mart tarixlərində Ər-Riyadda keçirilən görüşdə Rusiya nümayəndə heyətinin tərkibində Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin və FTX general-leytenantı Sergey Beseda iştirak etmişdi.