Əhməd əş-Şaraa Suriyanın yeni nazirlərini təqdim etməyə hazırlaşır
8
18:50 - 27 Mart 2025

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa şənbə günü, martın 29-da ərəb respublikasının yeni hökumətinin tərkibini elan edəcək.
TNS bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verir.
Məlumata görə, yeni kabinet 10 dekabrdan Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi keçid hökumətini əvəz edəcək.
Qeyd edilib ki, hökumət inklüziv olacaq, ona əsasən texnokrat nazirlər daxil olacaq. Hazırkı daxili işlər, xarici işlər və müdafiə nazirləri öz vəzifələrini saxlayacaqlar.