Close

Trampdan sonra Makron da Türkiyəni təriflədi

Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Rusiya-Ukrayna müharibəsi zamanı Qara Dəniz Taxıl Təşəbbüsünün imzalanmasında Türkiyənin rolunu və Moskva-Kiyev xəttində həyata keçirdiyi diplomatik trafiki yüksək qiymətləndirib.

TNS xəbər verir ki, bu barədə Makron ukraynalı həmkarı ilə Yelisey sarayında keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.

Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Türkiyənin səyləri və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə 2022-ci ildə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü Razılaşmasına toxunan Makron, bu razılaşmanın Rusiya tərəfindən “baltalandığını” qeyd edib.