Close

Avtomobil çaya düşdü, üç nəfər öldü

Gürcüstanın Kutaisi şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

TNS xəbər verir ki, bu barədə "Mtavari arxi" telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Tskaltsitela çayı üzərindəki körpüdə baş verib. Yüksək sürətlə hərəkət edən avtomobil çaya düşüb və onun içərisindəki 3 nəfər həlak olub.