Close

"Bu qanun Rusiyanı şantaj etmək məqsədi daşıyır"

Ermənistan parlamenti dünən Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qanunu tam şəkildə qəbul etsə də, əslində Rusiyanı şantaj etmək məqsədi daşıyır.

TNS xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Avropaya istiqamətləndiyini göstərib, Rusiyadan nəsə alınacağına ümid etmək mümkün olduğu müddətcə bu məsələdə fəal təşəbbüs göstərməmək qərara alınıb. Ermənistan hakimiyyəti rusiyalı tərəfdaşları inandırmağa çalışacaqlar ki, 60 min erməni vətəndaşın imzasına məhəl qoymamaq mümkün deyil.

“Baş nazirin müavini vəzifəsinin xüsusi olaraq Aİ-yə üzvlük prosesini koordinasiya etmək üçün yaradılacağı və onun avropapərəst insanlar arasından təyin ediləcəyi barədə məlumatlar ortaya çıxsa da, hökumətdə hələlik bu məsələ ilə bağlı müzakirələr aparılmayıb”, - nəşr qeyd edib.