Close

"Putin tezliklə öləcək və hər şey bitəcək" - Zelenski

"Vladimir Putin tezliklə öləcək və hər şey bitəcək".

TNS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Eurovision News"a verdiyi müsahibədə deyib.

O bildirib ki, Putinin qorxduğu əsas məsələ cəmiyyətdə sabitliyin pozulmasıdır:

"Amma o, bütün ərazilərə nəzarət edə və qoruya bilmir - bütün bunlar müxtəlif qüvvələrin birləşməsi ilə nəticələnəcək. Putinə təzyiq etsələr, cəmiyyətdə sabitlik pozulacaq. Putin də məhz bundan qorxur”.