Daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edildi
6
09:08 - 27 Mart 2025

Boliviya hökuməti fövqəladə vəziyyət rejimi elan edib.
TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, buna səbəb daşqınlar nəticəsində son aylarda 50-dən çox insanın ölməsidir.
Ölkə Prezidenti Luis Arsenin sözlərinə görə, leysan yağışlarından 209 bələdiyyə zərər çəkib. “Bu il [təbiət hadisəsi nəticəsində] 818 ev dağıdılıb, biz onları bərpa edəcəyik. Bizdə 51 nəfərin ölməsi, 8 nəfərin itkin düşməsi barədə məlumat var”.