Close

İtaliya Ukraynaya qoşun göndərir?

İtaliyanın üç hakim partiyasının liderləri təsdiqləyiblər ki, Roma öz qoşunlarını Ukraynaya göndərməyəcək.

TNS xəbər verir ki, Nazirlər Şurası sədrinin mətbuat xidmətinin məlumatına görə bu barədə baş nazir Giorgio Meloni ilə baş nazirin iki müavini - xarici işlər naziri Antonio Tajani və nəqliyyat və infrastruktur naziri Matteo Salvini arasında keçirilən görüşdə müzakirə aparılıb.

Görüş zamanı xüsusilə, cümə axşamı Parisdə baş tutacaq sammit ərəfəsində Ukraynaya dəstək məsələləri və tərəfdaşlarla birlikdə Kiyev üçün təhlükəsizlik təminatı formalarının tapılması yolları müzakirə olunub.

Müdafiə naziri Guido Crosettonun da iştirak etdiyi görüşdən sonra verilən açıqlamada bildirilib ki, ölkənin hərbi missiyada iştirakı nəzərdə tutulmayıb.