Close

Tramp seçicilərdən vətəndaşlıqlarının sübutunu tələb edir

ABŞ Prezidenti Donald Tramp ABŞ-də seçicilərin vətəndaşlığını təsdiqləməsini tələb edən fərman imzalayıb.

TNS-in verdiyi məlumata görə, bu barədə Ağ Evin bəyanatında bildirilib.

Qeyd edilib ki, bundan sonra ölkənin vətəndaşı seçkilərdə səsvermə üçün qeydiyyatdan keçərkən vətəndaşlığı təsdiqləyən sənədlər təqdim etməlidir.

Federal qanun, həmçinin xarici vətəndaşların hər hansı ianə və ya xərc ödəməklə federal, ştat və ya yerli seçkilərdə iştirakını qadağan edir.

"Bizim seçki prosesinə bu cür xarici müdaxilə ABŞ vətəndaşlarının öz respublikasını idarə etmək üçün seçki hüquqlarını pozur", - deyə sənəddə vurğulanıb.

Bildirilib ki, seçkilərin təhlükəsizliyini təmin etmək üçün addımlar atmayan ştatlar federal maliyyələşdirmənin azaldılmasına məruz qalacaqlar.

Fərmana əsasən, seçki komissiyası əməkdaşlarının seçki günündən sonra poçtla aldıqları bülletenləri saymaq qadağan edilib.