Close

Netanyahu: "Qəzza həmişəlik İsrailin olacaq"

İsrail Qəzzada girovların azad edilməsinə nail olana qədər HƏMAS-a qarşı təzyiqlərini davam etdirəcək.

TNS xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, HƏMAS-ın girovları azad etməkdən imtina etməsi Qəzzada bir sıra ərazilərin həmişəlik olaraq İsrailin nəzarətinə keçməsinə səbəb olacaq:

“Qəzzada döyüşlər davam edir. HƏMAS girovlarımızı azad etməkdən imtina etdikcə, biz daha çox təzyiq göstərəcəyik. Mən HƏMAS-a deyirəm: bura ərazinin ələ keçirilməsi və burada sadalamayacağım başqa şeylər də daxildir”.