Təyyarə eniş zamanı aşdı - VİDEO
334
18:12 - 26 Mart 2025

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Sabetta qəsəbəsindən Novıy Urenqoy şəhərinə uçan An-12 təyyarəsi eniş zamanı yan tərəfə aşıb.
TNS xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, eniş zamanı təyyarənin sol şassi dayağı qırılıb.
"An-12 təyyarəsinin Novıy Urenqoy aerodromuna enişi zamanı sol şassi dayağı qırılıb, təyyarə yan zolağa çıxıb. Göyərtədə səkkiz ekipaj üzvü var. Ural nəqliyyat prokurorluğu bu faktla bağlı yoxlama təşkil edib", - məlumatda qeyd olunub.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.