İranda təcridxanada məhbus müəmmalı şəkildə öldü - FOTO
6
16:31 - 26 Mart 2025

İranda Urmiya Polis İdarəsinin təcridxanasında Kamran Kazemi adlı şəxs müəmmalı şəkildə ölüb.
TNS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları Təşkilatına (HENGAW) istinadla xəbər verir.
Məlumata görə, təhlükəsizlik orqanları onun ölümünün səbəbinin intihar olduğunu bildirsə də, bir sıra məhbuslar bu iddianı rədd edərək, Kamranın işgəncə altında öldürüldüyünü vurğulayıblar.
Qeyd olunub ki, sözügedən şəxs yanvar ayında oğurluq ittihamı ilə saxlanılıb.