Close

Azərbaycanəsilli məşhur müğənni Rusiyada saxlanıldı

Azərbaycanəsilli məşhur müğənni Emil Kadırov Rusiyada saxlanılıb.

TNS xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalında məlumat yayılıb.

Bildirilib ki, o, dələduzluqda şübhəli bilinərək 1.3 milyon rubl (26.2 min manat) məbləğində cərimələnib.

Müğənninin iri məbləğdə dələduzluq faktı üzrə də cinayət işi açılıb. Əgər ifaçının təqsiri sübut olunarsa, ona ciddi həbs cəzası təhlükəsi yarana bilər.

Qeyd edək ki, Emil Kadırov 1993-cü il iyunun 25-də Bakıda anadan olub.