Close

Helikopter qəzaya uğradı, pilot öldü

Cənubi Koreyada meşə yanğınlarının söndürülməsi zamanı “Sikorski S-76” helikopteri qəzaya uğrayıb.

TNS xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, pilot qəza nəticəsində həlak olub.

Qeyd edək ki, Cənubi Koreyada baş verən yanğınlar nəticəsində ən azı 18 nəfər ölüb,13 nəfər yaralanıb, 20 mindən çox insan təxliyə edilib. Ölkə prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Han Dok Su meşə yanğınlarını tarixdə ən dəhşətli yanğın adlandırıb.