Close

"Lukoil"ə xaker hücumu edildi

Rusiyanın "Lukoil" neft şirkəti genişmiqyaslı xaker hücumuna məruz qalıb.

TNS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Bildirilib ki, bu gün səhər saatlarından şirkətin bütün sistemi sıradan çıxıb.

Məlumata görə, müştəri istifadəçi sisteminə və şirkətin daxili məlumat bazalarına giriş hazırda bağlıdır. Bu, həm baş ofisə, həm də regional filiallara aiddir.