Daha bir jurnalist öldürüldü
13
11:11 - 26 Mart 2025

“Birinci Kanal”ın hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində həlak olub.
TNS xəbər verir ki, bu barədə bloqer Vladimir Romanov “Telegram”da bildirib.
Onun sözlərinə görə, jurnalist martın 26-da Demidovka kəndində vəzifəsini yerinı yetirərəkən öldürülüb.
Müxbirin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə “İzvestiya”nın müxbiri Aleksandr Fedorçak, “Zvezda”nın operatoru Andrey Panov və çəkiliş qrupunun sürücüsü Aleksandr Sirkeli də döyüş bölgəsində həlak olublar.