Belqorodda qızğın döyüşlər gedir
7
10:51 - 26 Mart 2025

Belqorodun Demidovka kəndi uğrunda şiddətli döyüşlər gedir.
TNS xəbər verir ki, bu barədə “Arxanqel Spetsnaz” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna hərbçiləri bütün kəndi ələ keçirə bilməyiblər, lakin bir çox evdə mövqe tutublar.
Kanalın məlumatına görə, hazırda Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrini ərazidən sıxışdırıb çıxarmaq üçün gərgin mübarizə aparır.