Zərbə endirilməsinə qadağa qoyulan Rusiya və Ukrayna enerji obyektlərinin siyahısını açıqlanıb

Kreml zərbə endirilməsinə qadağa qoyulan Rusiya və Ukrayna enerji obyektlərinin siyahısını açıqlayıb.
TNS xəbər verir ki, siyahı Rusiya prezidenti administasiyasının saytında yerləşdirilib.
Siyahıda neft emalı zavodları, neft kəmərləri, qaz kəmərləri və anbar qurğuları, o cümlədən nasos stansiyaları, elektrik stansiyaları, yarımstansiyalar, transformatorlar və paylayıcılar daxil olmaqla elektrik enerjisinin istehsalı və ötürülməsi infrastrukturu, atom elektrik stansiyaları və su elektrik bəndləri yer alıb.
Qeyd olunub ki, müvəqqəti moratorium 18 mart 2025-ci il tarixindən başlayaraq 30 gün müddətində qüvvədədir və qarşılıqlı razılaşma əsasında uzadıla bilər. Tərəflərdən biri qadağanı pozarsa, digər tərəf özünü ona riayət etmək öhdəliyindən azad hesab etmək hüququna malikdir.