Fransada iki reaktiv təyyarə toqquşdu - VİDEO
19
21:03 - 25 Mart 2025

Fransada iki reaktiv təyyarə toqquşub.
TNS xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin naziri Sebastyen Lekornu “X” sosial şəbəkəsində məlumat verib.
“Fransanın şərqində “Patrouille de France”a məxsus iki “Alpha Jets” təyyarəsinin manevrləri zamanı qəza baş verib. Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub”, - o yazıb.
“Puissance Television” portalında yayımlanan görüntülərdən bəlli olur ki, iki təyyarə dönüş həyata keçirərkən toqquşub.