Close

İsrail HƏMAS-ın qurucu liderlərindən birini öldürüb

HƏMAS-ın qurucularından biri, "Əbu Əli" kimi tanınan Cabir Aamar Qəzzada öldürülüb.

TNS xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin mənbələri məlumat yayıb.bir sıra zərbələr

İnternetdə yayılan videolarda onun HƏMAS paradlarında  təşkilatın öldürülmüş lideri Yəhya Sinvarın yanında olduğu görüntülər əksini tapıb. Qəzzada o, son illərdə əsas diqqətini cihadçı təbliğatın yayılmasına yönəldən lider kimi təsvir edilib.

81 yaşlı Aamar 2023-cü ilin mayında Qəzzaya qayıdıb. O, Misirdə təhsil alıb və əslən Fələstin Azadlıq Təşkilatının döyüşçüsü olub. 1969-cu ildə terror aktlarında iştirak etdiyinə görə həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib.

Həbsdə olduğu müddətdə o, “Müsəlman Qardaşlar”ın ideologiyasına yaxınlaşaraq həbsxanalarda ilk islamçı hücrəni yaradıb, sonradan HƏMAS terror təşkilatının yaranmasına səbəb olub.

Aamar 1983-cü ildə "Cibril müqaviləsi" adlanan müqavilədən əvvəl sərbəst buraxılıb. Əvvəlcə Livana deportasiya edilib, sonra Sudanda məskunlaşıb. 2023-cü ildə Sudanda baş verən qarşıdurma fonunda o, Qəzzaya qayıdıb.