Baş nazir: "ABŞ bizə qəbuledilməz təzyiq göstərir"

ABŞ Qrenlandiyaya qəbuledilməz təzyiq göstərir.
TNS "İnterfaks"a istinadən xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen “TV2” telekanalına bildirib.
"Qrenlandiya və Danimarkaya qəbuledilməz təzyiq göstərilir. Biz buna qarşı duracağıq", - o vurğulayıb.
Telekanal qeyd edib ki, martın 27-29-da adaya ABŞ vitse-prezidentinin həyat yoldaşı Uşa Vens səfər edəcək. Nümayəndə heyətinə, həmçinin Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və energetika naziri Kris Rayt daxil olacaq.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz bu səfərin məqsədinin "Qrenlandiya, onun mədəniyyəti, tarixi haqqında daha çox məlumat əldə etmək" olduğunu bildirib.