Close

Rusiyalı sərhədçilər Ermənistanda qəzaya düşdülər: ölən var

Ermənistanın cənubunda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib.

TNS xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün Zəngəzurda (Sünik) bölgəsində, Mehri-Nrnadzor yolunda, UAZ markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.

Yaralının vəziyyəti ağır olaraq qiymətləndirilib.