“Oskar” mükafatlı rejissor həbs edildi

İordan çayının qərb sahilində baş verənlərdən bəhs edən və ən yaxşı sənədli film “Oskar”ını qazanan “Başqa torpaq yoxdur” filminin rejissoru Həmdan Ballal İsrail ordusu tərəfindən həbs edilib.
TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rejissor Hebronun cənubundakı Masafer Yatta bölgəsində maskalı israilli mühacirlər tərəfindən hücuma məruz qalıb.
Şahidlərin dediyinə görə, təxminən 15 nəfərlik silahlı mühacir Ballalın evini mühasirəyə alaraq hücum ediblər və rejissoru yaralayıblar.
İsrail əsgərləri isə müdaxilə etməyib, əksinə fələstinlilərin təhlükəsizlik qüvvələrinə daş atdığını bildirərək aralarında Həmdan Ballal da olmaqla 4 nəfəri həbs ediblər.