Prezidentin müşavirinin böyük səhvi: jurnalist gizli məlumatları gördü

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts səhvən “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberqi “Signal” proqramında şifrələnmiş qrupa daxil edib.
TNS "Politico"ya istinadən xəbər verir ki, qrupda Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri Yəməndə husilərə qarşı zərbələri müzakirə ediblər.
Qeyd olunub ki, Uoltsun bu səhvi onun vəzifəsini itirməsinə səbəb ola bilər.
Ağ Evdəki mənbələr nəşrə bildiriblər ki, Uoltsun gələcəyi ilə bağlı yekun qərar hələ verilməyib, lakin prezident Donald Tramp çox güman ki, 48 saat ərzində qərarqəbul edəcək.
“Qrupda kimin olduğunu yoxlamamaq ehtiyatsızlıq idi. “Signal”da bu müzakirələrin aparılması ehtiyatsızlıq idi. Milli təhlükəsizlik müşaviri ehtiyatsız hərəkət edə bilməz", - mənbələrdən biri deyib.