Rusiya və ABŞ nümayəndələrinin danışıqları başa çatdı - YENİLƏNİB

Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyadda (Səudiyyə Ərəbistanı) 12 saatdan çox davam edəndən sonra başa çatıb.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətindəki mənbə məlumat verib.
Danışıqların təfərrüatı açıqlanmayıb.
21:28
Rusiya və ABŞ arasında Ər-Riyaddaлж (Səudiyyə Ərəbistanı) məsləhətləşmələr ikinci qısa fasilədən sonra yenidən başlayıb.
TNS xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tərəflər arasında danışıqlar artıq altı saatdan çoxdur davam edir.
12:10
Ər-Riyadda Rusiya- ABŞ ekspert məsləhətləşmələri başlayıb.
TNS Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edir.
Tərəflərin xüsusilə 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər fəaliyyət göstərən "Qara dəniz təşəbbüsü" və ya "taxıl sazişi" kimi tanınan sənədin mümkün bərpası perspektivlərini müzakirə edəcəkləri gözlənilir.
Bundan əvvəl Ər-Riyadda ABŞ tərəfi ilə Ukrayna nümayəndələri arasında danışıqlar keçirilib. ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq daha əvvəl bildirmişdi ki, Səudiyyə Ərəbistanının paytaxtında Vaşinqton münaqişənin həlli məsələsində Rusiya və Ukrayna nümayəndələri arasında dolayı danışıqlar keçirmək niyyətindədir.
10:15
ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar start götürüb.
TNS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildrilib ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “The Ritz-Carlton” hotelində baş tutur.
Görüş bağlı qapılar arxasında keçirilir. Səudiyyə krallığının Təhlükəsizlik Xidmətinin əməkdaşları yerli və beynəlxalq jurnalistlərə hotel ərazisini tərk etməyi tapşırıb.