Close

Nazir hərbi xidməti pisləyən mahnı ilə rəqs etdi - VİDEO

İsrailin mənzil-tikinti naziri və ultra-pravoslav “Birləşmiş Tövrat Yəhudiliyi” partiyasının rəhbəri Yitzhak Goldknopf qardaşı oğlunun toyunda hərbi xidmətə çağırış əleyhinə mahnıya rəqs edərkən görüntülənib.

TNS xəbər verir ki, hadisəni əks etdirən video internetdə sürətlə yayılaraq hiddət dalğasına səbəb olub.

Mahnıda “Biz bütpərəstlərin hökmranlığına inanmırıq və onların hərbi komissarlığında görünməyəcəyik, öləcəyik, amma hərbi xidmətə getməyəcəyik”, - sözləri səsləndirilib. Siyasətçilər naziri belə rəqsdə iştirak etdiyinə görə kəskin şəkildə qınayıblar və Baş nazir Benyamin Netanyahudan onu dərhal qovmasını tələb ediblər.

Qoldknopf isə mahnının məzmununu başa düşmədiyini, bəyi və onun ailəsini incitməmək üçün rəqs etdiyini bildirib: “Təəssüf ki, bəziləri bundan istifadə edərək məni təxribata çəkdilər, guya mən mahnının ideyalarını paylaşmışam. Mən onu rədd edirəm və qınayıram”.

Netanyahu nazirin açıqlamasını düzgün addım kimi qəbul edib.