Close

ABŞ-Ukrayna danışıqları başa çatıb - YENİLƏNİB

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüş başa çatıb.

TNS xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məsləhətləşmələrin iki saata yaxın davam etdiyi bildirilib. Görüşlə bağlı hələ ki, əlavə məlumat verilməyib. Nümayəndə heyətində Ukraynanın müdafiə naziri Rustem Umerovdan başqa, prezident aparatı rəhbərinin müavini Pavel Palisa da iştirak edib.

ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts olub.

20:32

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞ-Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

TNS xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov sosial şəbəkə hesablarında yazıb.

Nazir bildirib ki, masada xüsusilə enerji və infrastruktur obyektlərinin təhlükəsizliyi ilə bağlı təkliflər var.