Close

12:58
25 Mart 2025

Paşinyan Kobaxidze ilə görüşüb

Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşüb.

TNS xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər təkbətək görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və ikitərəfli münasibətləri müzakirə ediblər.