"Məndən başqa Putini dayandıracaq kimsə yoxdur"
10
14:59 - 23 Mart 2025

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcəyini deyib.
TNS xəbər verir ki, o, bu barədə “Outkick” portalının jurnalisti Kley Trevisə müsahibəsində bildirib.
“Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm. Biz çox rasional müzakirə apardıq. Mən insan ölümlərinin dayandırılmasını istəyirəm”, - Tramp qeyd edib.