Close

İsrailə atılan raket Səudiyyə Ərəbistanına düşdü

Yəməndən İsrailə atılan ballistik raket Səudiyyə Ərəbistanına düşüb.

TNS xəbər verir ki, bu barədə KİV hərbi idarədəki mənbələrə istinadən məlumat yayıb.

“İsrail raketi müəyyən edib və izləyib, lakin buna ehtiyac olmadığı üçün həyəcan siqnalını işə salmayıb”,- məlumatda bildirilir.

Öz növbəsində Səudiyyə mənbələri iddia edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiəsi Səudiyyə Ərəbistanı səmasında raketi vurub.