Close

İranda partlayış zamanı onlarla insan xəsarət alıb

İranın paytaxtı Tehranda üç mərtəbəli yaşayış binasında partlayış olub.

TNS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, hadisə qaz sızmasından baş verib. Partlayış nəticəsində 21 nəfər xəsarət alıb. Onlardan 11-i xəstəxanaya yerləşdirilib, 10 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edilir ki, bina zərbənin gücündən dağılıb.