Xarici işlər naziri Putini təriflədi
10
23:02 - 21 Mart 2025

Rusiya Prezidenti Vladimir Putin birbaşa və dürüst danışıqlar aparmağı bilir, hətta qeyri-dost ölkələrin liderləri ilə də həmişə dialoqa hazırdır.
TNS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov “Qırmızı ulduz” media holdinqinə müsahibəsində bildirib.
“Prezident Putin dürüst və birbaşa diplomatiyanın açıq tərəfdarıdır. O, həmişə hər kəslə danışıb, danışmağa davam edir, hətta onu bütün günahlarda ittiham edən Qərb dövlətlərinin rəhbərləri ilə də danışmağa hazırdır. Həmin Makronlar, Şoltslarla...”,-Lavrov qeyd edib.