Close

22:30
21 Mart 2025

HƏMAS-ın hərbi kəşfiyyat rəhbəri öldürülüb

HƏMAS-ın hərbi kəşfiyyatının rəhbəri Üsamə Tabaş Qəzzanın cənubunda İsrailin hava hücumu nəticəsində öldürülüb.

TNS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Üsamə Tabaş həm də HƏMAS-ın müşahidə və hədəf alma bölməsinin rəhbəri olub. O, uzun illər terror fəaliyyətlərində iştirak edib və hücumlara, o cümlədən 2005-ci ildə Qəzzanın Quş Katif qovşağında Şin Bet koordinatoru Oded Şaronun ölümünə səbəb olan intiharçı partlayışa rəhbərlik edib.