Tramp Tesla avtomobilləri ilə bağlı sərt xəbərdarlıq etdi
72
                15:51 - 21 Mart 2025
             
            ABŞ Prezidenti Donald Tramp İlon Maskın Tesla avtomobillərini sabotaj edənlərə ciddi xəbərdarlıq edib.
TNS xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb.
O, hüquq-mühafizə orqanlarının günahkarları və onları maliyyələşdirənlərini axtardığını, bu şəxslərin uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini bildirib.
“Teslanı sabotaj edən şəxslər, böyük ehtimalla, iyirmi ilə qədər həbs cəzası alacaqlar, o cümlədən onları maliyyələşdirənlər də. Biz sizi axtarırıq, - deyə Tramp vurğulayıb.
 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    