Close

09:09
21 Mart 2025

Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi açılır

Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq.

TNS xəbər verir ki, bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.

“Bu layihənin qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına humanitar yardımın daha tez və daha az xərclə çatdırılmasına imkan yaradacaq” - qərarın əsaslandırılmasında göstərilir.