Close

09:09
21 Mart 2025

Lukaşenko bu tarixdə and içəcək

Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.

TNS xəbər verir ki, bu barədə məlumatı Belarusun Mərkəzi Seçki Komissiyası yayıb.

Xatırladaq ki, Belarusda prezident seçkiləri yanvarın 26-da baş tutub. MSK-nın məlumatına görə, Aleksandr Lukaşenko səslərin 86,82 faizini toplayaraq yenidən dövlət başçısı seçilib.