Close

Tramp Ukraynadakı müharibəni əbədi olaraq bitirməkdə qətiyyətlidir

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı yaxşı keçib. Zelenski ABŞ-ın dəstəyinə görə Trampa təşəkkür edib.

TNS xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında deyib.

Ağ Ev sözçüsü bildirib ki, Tramp Ukraynadakı müharibəni əbədi olaraq bitirməkdə qərarlıdır: “Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. Prezident Tramp sayəsində buradayıq. Bir neçə il əvvəl bu müharibədə qismən atəşkəsə nail olmaq mümkün deyildi”.

Ağ Ev sözçüsünün sözlərinə görə, telefon danışığı zamanı Zelenski Trampdan mülki insanları qorumaq üçün əlavə Hava Hücumundan Müdafiə sistemləri, xüsusilə "Patriot" raket sistemləri istəyib: “Prezident Tramp da xüsusilə Avropada mövcud olan raketlər üzərində birgə işləməyə razılıq verib”.

Kerolayn Livitt qeyd edib ki, Ukrayna və ABŞ müharibəyə reallıqda son qoymaq üçün birgə işləməyə davam edəcəklər.

Bundan əlavə Tramp Zelenskiyə Putinlə telefon söhbəti və müzakirə olunan əsas məsələlər barədə tam məlumat verib.

Liderlər Kurskdakı vəziyyəti nəzərdən keçiriblər və döyüş meydanında vəziyyətin inkişafı ilə bağlı müdafiə qərargahları arasında yaxından məlumat mübadiləsi aparmağa razılaşıblar.