Close

Tramp və Putin Səudiyyə Ərəbistanında görüşə bilər

“Çox güman ki, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya prezidentlərinin görüşü baş tutacaq".

TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.

Uitkoff Ukrayna–Rusiya cəbhəsində atəşkəsin növbəti həftələr ərzində əldə edilə biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, "Ukraynada atəşkəs elan olunduqdan sonra Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq”.