Close

Moskva və Kiyev arasında hərbi qulluqçuların mübadiləsi olub

Rusiya və Ukrayna "175-ə 175" formulu üzrə hərbi qulluqçuların mübadiləsini həyata keçirib.

TNS-in Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya, həmçinin təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı hərbi əsiri təhvil verib.

Əsirlikdən azad edilən Rusiya hərbi qulluqçuları Belarusdadırlar. Onlar müalicə və reabilitasiya üçün vətənlərinə çatdırılacaqlar.