Close

Azad edilən 15 məhbus bu ölkəyə göndəriləcək

Malayziya İsrail həbsxanalarından azad edilmiş və qovulmuş 15 fələstinlini qəbul edəcək.

TNS xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Məhəmməd Həsən “The Star”a bildirib.

Nazirin sözlərinə görə, bu addım Fələstin davasının sadiq dəstəkçisi olan Malayziyanın Qəzzada sülhün bərqərar olmasına kiçik töhfəsidir.

Rabitə naziri Fəhmi Fadzil isə yerli mediaya bildirib ki, təhlükəsizlik xidmətləri tərəfindən həmin fələstinlilər ciddi şəkildə nəzarətdə saxlanılacaqlar.

Qeyd edək ki, sərbəst buraxılanların çoxu İsrail tərəfindən terror aktları, o cümlədən kamikadze hücumlarının təşkili ittihamı ilə ömürlük həbs cəzası almışdılar.

İsrail girov mübadiləsi zamanı onları azad edərkən Qəzzadan tamamilə qovulmalarını tələb edib.