İlon Maskın sui-qəsd qorxusu: onlar məni öldürmək istəyirlər

ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən milyarder iş adamı İlon Mask “pis insanların” onu öldürmək istədiyini iddia edib.
TNS xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.
Son həftələrdə federal bürokratiyanı azaltmaq səylərinə görə tənqid atəşinə tutulan Mask qeyd edib ki, insanların fırıldaq yolu ilə götürdükləri pulları əllərindən aldıqda çox əsəbiləşirlər.
İş adamının sözlərinə görə, həmin insanlar onu öldürmək istəyirlər.
“Mən onların fırıldaqlarını, hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırdığım üçün onlar Tesla-ya zərər vermək istəyirlər. Düşünürəm ki, onlar pis insanlardır. Pis insanlar pis işlər görər", - Mask vurğulayıb.