Close

Paşinyan: ”Sülh müqaviləsini imzalamağa hazıram”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmış mətnini imzalamağa hazır olduğunu bildirib.

TNS xəbər verir ki, o, bu barədə “Telegram”da yazıb.

"Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən bu sənədi imzalamağa hazıram", - Paşinyan qeyd edib.