Close

Bu ölkələr razılaşmanı pozmağa çalışacaqlar

Avropa dövlətləri, xüsusən də Baltikyanı ölkələr, Finlandiya və Polşa Rusiya ilə ABŞ arasındakı razılaşmaları pozmağa çalışacaqlar.

TNS xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

"Əlbəttə, avropalılar, xüsusən də baltlar, finlər, polyaklar müqavilələri pozmağa çalışacaqlar, lakin buna nail olmayacaqlar",-Patruşev bildirib.

Eyni zamanda, Patruşev qeyd edib ki, o, heç bir konkret təxribat gözləmir.