Close

Putin-Tramp danışığından sonra Rusiya fond bazarı çökdü

Rusiya fond bazarı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığından əvvəl müşahidə etdiyi bütün artımı itirir.

TNS Lenta.ru-ya istinadən xəbər verir ki, martın 19-da səhər ticarət sessiyasının açılışında Moskva birjasının indeksi 1,34% azalaraq 3 213,69 bənd təşkil edib.

Moskva birjası indeksinin düşməsi digər məsələlərlə yanaşı, Rusiya və ABŞ liderləri arasında danışıqların nəticəsinin qeyri-müəyyənliyi ilə bağlıdır.

Xatırladaq ki, Putinlə Tramp arasında telefon danışığı martın 18-də baş tutub. Yeganə nəticə Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumlardan qarşılıqlı şəkildə çəkinməsi ilə bağlı razılaşma olub.