Close

Rusiyanın əlində olan 1,6 milyon ukraynalı uşağın TALEYİ

Təxminən 1,6 milyon ukraynalı uşaq hələ də Rusiyanın nəzarəti altındadır - onlar ya deportasiya ediliblər, ya da işğal olunmuş ərazilərdə saxlanılırlar.

TNS xəbər verir  ki, bunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.

Onun sözlərinə görə, həmin uşaqlar Ukrayna kimliyindən zorla məhrum edilir, Rusiya pasportları verilir və təbliğata cəlb edilirlər.

Prezident Aparatının rəhbəri xatırladıb ki, iki il əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Mariya Lvova-Belovanın uşaqların qanunsuz deportasiyasına görə həbsinə order verib.

Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya 20 minə yaxın ukraynalı uşağı zorla ölkədən çıxarıb.